2024-cü ildən sonra "Bitcoin"in qiymətinin 100 min dolları aşması və süni intellekt alətlərinin telefonlarla cibimizə daxil olmasından sonra, 2025-ci ildə "Bizi hansı texnologiya trendləri gözləyir?" sualı hər kəsi düşündürməyə başlayıb.
Moderator.az Valyuta.az-a istinadən xəbər verir ki, BBC Korporativ Texnologiya Redaktoru Ben Morris və BBC Texnologiya Redaktoru Zoe Kleinman 2025-ci ildə texnolgiya sahəsində insanları gözləyən ən önəmli trendləri araşdırıb.
Ben Morris deyib ki, hələ 2022-ci ilin sonlarında kriptovalyutaların gələcəyinə dair pessimist bir görüntü vardı. Bu sahənin ən tanınmış şirkətlərindən biri olan "FTX" müştərilərinin 8 milyard dollarlıq vəsaitini ödəmədən ABŞ-da iflasını elan etmişdi. 2024-cü ilin mart ayında şirkətin qurucularından biri və ortağı Sam Bankman-Fried müştərilərini və investorlarını aldatdığı üçün 25 il həbs cəzasına məhkum edildi.
Bu skandal sektora olan inamı sarsıtdı. Kriptovalyutaların həvəskar, lakin məhdud sayda izləyici kütləsi ilə bir məhsul olaraq qalacağı gözlənilirdi.
Amma yalnız bir neçə ay sonra bu sahə ilə bağlı yenidən ümidlər yaranmağa başladı. Bu coşğunun arxasında 5 dekabrda Donald Trampın yenidən prezident seçilməsi vardı.
Gözləntilər Trampın kriptovalyuta sektoruna daha dost yanaşacağına dair idi və indiyə qədər də belə görünüb. Dekabrın əvvəlində Tramp Paul Atkinsi ABŞ-ın Sənaye və Səhmdar Komissiyasının ("SEC") rəhbəri təyin edəcəyini açıqladı. Atkins onun varisi Gary Genslerə nisbətən kriptovalyutalarla dostluq edən biri kimi görülür. Bu açıqlamanın təsiri ilə "Bitcoin"in qiyməti 100 min dolları keçdi və hazırda 92 min dollar civarındadır.
“Standard Chartered”in rəqəmsal aktivlər üzrə araşdırma şöbəsinin rəhbəri Geoffrey Kendrick deyib ki, Trampın qələbəsi ilə 2025-ci ildə aktiv tənzimləmələrin həyata keçiriləcəyini gözləyə bilərik. Bundan başqa, bəzi mənfi tənzimləmələrin aradan qaldırılması banklar və digər qurumların bu sahəyə daxil olmasına imkan yaradacaq. Kendrick xüsusilə "SEC" tərəfindən yayımlanan "SAB 121" adlı tənzimləməyə diqqət çəkib. Bu tənzimləmə 2022-ci ildən qüvvəyə minib və bankların və digər maliyyə şirkətlərinin kriptovalyuta xidmətləri göstərməsini çətinləşdirib.
Süni intellekt fərdiləşir
BBC texnologiya redaktoru Zoe Kleinmana görə isə süni intellekt fərdiləşir.
“Apple”, “Google” və “Samsung”un bu il fotoşəkil düzəldə bilən, tərcümə və internet axtarışı edə bilən xidmətləri təqdim etməsindən sonra süni intellekt ("AI") alətləri telefonlarımıza gəlir. Bu da süni intellektin rəqəmsal həyatımıza daha da daxil olması və şəxsi səviyyədə daha funksional hala gəlməsi yeni bir dövrün başlandığını göstərir.
Bununla belə, bu alətlərə nə dərəcədə güvənəcəyimiz məsələsi də var. Məsələn, gündəlik işlərimizi idarə edən bir süni intellekt aləti əgər ona icazə verəriksə, gündəlik həyatımızı effektiv şəkildə idarə edə bilər. Amma bu qədər irəliləməliyikmi?
Redaktor deyir ki, bu süni intellektin tamamilə faydalı ola bilməsi üçün kimlərlə görüşməkdən çəkinməli olduğunuzu, gizli tutmaq istədiyiniz əlaqələri və bu məlumatları kimlərdən gizlətmək istədiyinizi bilməlisiniz. Çünki bu məlumatların böyük texnologiya şirkətlərinə təhvil verilməsi nə dərəcədə qəbul edilə biləcəyi sual doğurur.
“Microsoft” xüsusilə bu məsələyə diqqət yetirir.
2024-cü ildə istifadəçilərin gördüyü, amma yerini xatırlamadığı məzmunu tapmaq məqsədilə "Recall" adlı bir alət sınaqdan keçirmişdi, lakin bəzi çətinliklərlə üzləşdi. Alətə bir neçə dəyişiklik edilsə də, hələ də populyarlaşa bilmədi.
“Microsoft”un süni intellekt bölməsinin rəhbəri Mustafa Süleyman açıqlamalarının birində demişdi ki, bəlkə də gündəlik həyatımızda daimi, qalıcı və çox bacarıqlı köməkçilərin olduğu tamamilə yeni bir dövrə daxil oluruq.
Buna baxmayaraq, texnologiya araşdırma şirkəti “CCS Insight”ın baş analikti Ben Wood 2025-ci ildə daha çox fərdiləşdirilə bilən süni intellekt xidmətlərinin ortaya çıxacağını gözləyir. O deyib ki, emaillər, mesajlar, sənədlər və sosial media qarşılıqlı əlaqələriin mənbələri davamlı olaraq yenilənəcək. Bu da süni intellekt xidmətinin bir şəxsin ünsiyyət tərzinə, ehtiyaclarına və seçimlərinə uyğunlaşmasını təmin edəcək. Ancaq Wood, süni intellektin şəxsi məlumatlara girişində daha çevik ola bilməsinin böyük bir addım olacağını qəbul edib.
Ben Morris deyib ki, süni intellektə investisiyalar artarkən, bu daha çox yeni məlumat mərkəzlərinə ehtiyac yaradır. Süni intellekti öyrətmək və işə salmaq çoxlu hesablama gücü tələb edir və ən son texnologiya ilə təchiz edilmiş kompüter çipləri və serverlərdə işləyir.
“CCS Insight”a görə, gələn 5 ildə “Google”, “Microsoft” və “Meta” kimi ən böyük məlumat istifadəçiləri məlumat mərkəzlərinə yatıracaqları investisiyaların 1 trilyon dolları keçəcəyini gözləyir. İngilis daşınmaz əmlak şirkəti “Savills”in məlumatlarına görə, Avropada 2024 və 2028-ci illər arasında məlumat mərkəzi tutumunun illik olaraq 9% böyüməsi gözlənilir.
Amma yeni mərkəzlərin London, Frankfurt və Amsterdam kimi hazırda məlumat mərkəzlərinin yoğunlaşdığı şəhərlərdə inşa edilməsi gözlənilmir. “Savills” bu şəhərlərdə yüksək əmlak qiymətləri və məhdud elektrik təchizatı səbəbindən inkişaf etdiricilərin başqa yerlərə yönəldiyini bildirir.
İngiltərədə Kembric, Mançester, Birminqam , Avropada isə Praqa, Cenevrə, Münix, Düsseldorf və Milan kimi şəhərlər önə çıxır. Yeni məlumat mərkəzlərinin bəzilərində “Nvidia”nın son kompüter çipi yer alacaq. Şirkət süni intellekt üçün istifadə olunan çip bazarında dominant mövqeyə sahibdir.
2024-cü ilin martında təqdim olunan “Blackwell” çipinin təchizatının 2025-ci ildə mühüm bir səviyyəyə çatması gözlənilir. “Bank of America”nın aparıcı analikti Vivek Arya yeni çipin texnologiya şirkətlərinin süni intellekti dörd dəfə daha sürətli öyrətməsinə imkan verəcəyini və mövcud kompüter çiplərinə nisbətən 30 dəfə daha sürətli işləyəcəyini gözləyir.