Son vaxtlar internet üzərindən dələduzluq halları durmadan artır.
Maraqlıdır ki, Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə bu barədə dəfələrlə danışılsa da, yenə də bu dələduzların toruna düşən az deyil.
Əvvəllər insanları işə düzəltmə, hansısa məhsulun ucuzlaşması, ev, avtomobil qazanma kimi şirikləndirici reklamlarla aldadırdılarsa, indi dələduzlar iş prinsiplərini gündəmə uyğun olaraq inkişaf etdirirlər.
Bu dəfə onların toruna düşməkdən son anda xilas olan Cavid Babayev BAKU.WS-in "qaynar xətti"nə müraciət edib.
Şikayətçi bildirir ki, "Telegram" vasitəsilə tanımadığı şəxs ona müraciət edib. Müraciətdə ona yeni və internet vasitəsilə iş təklif edilib. Bildirilib ki, gündəlik 2-4 saat işləməklə yüksək pul qazanmaq şansı var.
Hətta ona iş qrafiki də təqdim edilib:
Ticarət sifarişi: 10:00-12:00 = 15 ₼
Ticarət sifarişi: 12:01-14:00 = 15 ₼
Ticarət sifarişi: 14:01-16:00 = 15 ₼
Ticarət sifarişi: 16:01-18:00 = 15 ₼
Ticarət sifarişi: 18:01-20:00 = 15 ₼
İş saatı 10:00-20:00
Gündəlik toplam gəlir 75 ₼
Aylıq gəlir 75 ₼ * 30 = 2250 ₼
"Bildirildi ki, ilk dəfə qeydiyyatdan keçən istifadəçi kimi, siz 38 AZN əlavə qeydiyyat mükafatı əldə edəcəksiniz. Bu, ümumi çıxarış məbləğinizin 53 AZN olacağı deməkdir.
Mən də qeydiyyatdan keçdim. Qeydiyyatdan keçərkən bank kartı tələb olundu. Mən də, içərisində pul olmayan bank kartını təqdim etdim", - deyə Cavid Babayev bildirib.