Azad Vətən Partiyasının 11 namizədi bələdiyyə seçkilərində mübarizə aparacaq
Cəmiyyət
1451
06 Jan 2025 | 19:56

Azad Vətən Partiyasının 11 namizədi bələdiyyə seçkilərində mübarizə aparacaq

29 yanvar 2025-ci ildə keçiriləcək bələdiyyə seçkilərində Azad Vətən Partiyasından irəli sürülən namizədlərin qeydiyyatı yekunlaşıb. Partiyanın namizədlərindən 11 nəfəri Dairə Seçki Komissiyaları tərəfindən rəsmi olaraq qeydə alınıb. Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Siyahıda adları aşagıda qeyd olunan namizədlər müxtəlif bələdiyyələrdə mübarizə aparacaqlar.
 
1. 119 saylı Ağdam Seçki Dairəsi - Əliyev Asif Akif oğlu. Quzanlı bələdiyyəsi.
2. 81 İmişli şəhər Seçki Dairəsi - Əliyev Novruz Barat oğlu. İmişli bələdiyyəsi.
3. 54 saylı Mingəçevir Şəhər Seçki Dairəsi - Ağayev Şirin Kamal oğlu. Mingəçevir bələdiyyəsi.
4. 117 saylı Oğuz-Qəbələ-Şəki Seçki Dairəsi - Kərimova Elnarə Əlosman qızı. Çərdək bələdiyyəsi.
5. 58 saylı Xaçmaz Kənd Seçki Dairəsi - Hacıyeva Rəmziyyə İmran qızı. Xaçmaz bələdiyyəsi.
6. 114 saylı Şəki Şəhər Seçki Dairəsi - Xəlilov Rafiq Camidin oğlu. Şəki bələdiyyəsi.
7. 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsi - Əkbərov Ramiz Elməddin oğlu. Sabirabad bələdiyyəsi.
8. 52 saylı Yevlax Şəhər Seçki Dairəsi - Atakişiyev Aqif Xankişi oğlu. Yevlax bələdiyyəsi.
9. 59 saylı Quba Şəhər Seçki Dairəsi - Talıbov Hüseyn Qalib oğlu. Quba bələdiyyəsi.
10. 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsi - Heydərbəyli Gülgəz İkram qızı. Cəlilabad bələdiyyəsi.
11. 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsi - Əliyev Əlizamin Zöhrab oğlu. Cəlilabad bələdiyyəsi.
 
AzVP sədri Akif Nağının sözlərinə görə, partiyanın namizədləri ölkənin idarə olunmasında bələdiyyə institutunun inkişaf etdirilməsi, yaşayış məhəllələrinin abadlaşdırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında  onların rolunun artırılması üçün çalışacaqlar. Partiya bu seçkilərə ciddi hazırlaşıb və namizədlərinin qalib gəlməsi fəal iş aparılır.
AzVP-nin mətbuat xidməti
06.01.2025
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər