Bizi sosial şəbəkələrdən izləyin:
“2025-ci il yeni ideyalar, düşünən beyinlər ilidir”.
Moderator.az xəbər verir ki, bunu Globalinfo.az-a kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.
“Bu ilin yeni sensasiyalı kəşflər, ixtiralarla dolu bir il olacağı qənaətindəyəm. Trampın hakimiyyətə gəlişinin Rusiya-Ukrayna hərbi əməliyyatında böyük rol oynayacağına inanıram. Düşünürəm ki, artıq 2024-cü ildə 2025-ci il üçün bu müharibənin müqəddəratı danışılıb, qərar verilib və həll olunub. Bunu 2025-ci ildə görəcəksiniz”, – ekstrasens qeyd edib.
Zirəddin Rzayev sonda onu da deyib ki, Rusiya-Ukrayna hadisələrindən sonra yeni qorxulu virus dünyanı gərginlik içərisində saxlayacaq.