Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Moderator.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
10. Babək prospekti, mərkəz istiqamətində;
11. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
12. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;
13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
14. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
15. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
16. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
17. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.