20 media qurumu təşviqata qoşulmaq üçün MSK-ya müraciət etdi
Cəmiyyət
1293
06 Jan 2025 | 17:00

20 media qurumu təşviqata qoşulmaq üçün MSK-ya müraciət etdi

Ödənişli təşviqatla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) bütün media subyektlərinə qanunvericilikdə nəzərdə tutulmuş vaxtda müraciət ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
 
O qeyd edib ki, bələdiyyə seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı 20 media qurumu MSK-ya müraciət edib: “Bu müraciətlərin hamısı təmin edilib, onların müvafiq təklif və məlumatları təşviqat subyektlərinin tanış olması üçün MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib”.
 
Rövzət Qasımovun sözlərinə görə, təşviqatla əlaqədar açıq və qapalı olmaqla, ümumilikdə 5912 görüş yeri də namizədlər üçün müəyyən edilib. Qanunvericilikdə qadağn olmayan digər yerlərdə də namizədlər təşviqat apara bilərlər.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər