Bizi sosial şəbəkələrdən izləyin:
“Dəfələrlə AYNA-nın fəaliyyətinə, nəqliyyat problemlərinə, parklama yerləri, cərimələrlə bağlı məsələlərə toxunmuşam. Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir. Çətinliklər var. AYNA dərk etmir ki, təkcə Bakı şəhərinin mərkəzi deyil, ətraf kəndlər də, paytaxtın rayonları da onun ərazisidir. Kəndlərə gedən avtobuslar niyə dəyişmir? COP29 zamanı elektriklə işləyən avtobuslar gətirildi, axırda da paylanıldı. Hamısı mərkəzi yolların marşrut xətlərində hərəkət edir. Məgər Bakının ətrafında yaşayanlar Bakı sakinləri deyil? Yaxud orada qayda-qanun yaradılmamalıdır?”
Moderator.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
“Nə üçün həmişə reklam xatirinə işlər görülməlidir? Hər hansı problemi deyəndə də o dəqiqə aqressivləşirlər ki, guya biz qərəzliyik. Camaatın hüququ, rahatlığı daha vacibdir. İnsanlar nəqliyyatla bağlı hədsiz əsəb keçirirlər. Bütün bunları aradan qaldırmaq lazımdır. AYNA fəaliyyətində düzəliş etməlidir. Başa düşməlidir ki, Bakı ətrafı ərazilər də onun sahəsinə aid olduğu üçün müvafiq işlər görməlidir. Bu məsələni sonlandırmaq lazımdır”, - T.Kərimli bildirib.
Qeyd: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir.