Bizi sosial şəbəkələrdən izləyin:
Un və un məhsulları, makaron, vermeşil istehsalçısı olan “Karmen” MMC barəsində növbəti dəfə cərimə protokolu yazılıb.
“Karmen” İnzibati Xətalar Məcəlləsinin 276-1-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
“Karmen”lə bağlı işə Abşeron rayon Məhkəməsində baxılır. Sonuncu dəfə keçirilən iclasda MMC ilə bağlı inzibati tənbeh tətbiq edilib. Növbəti iş 7 yanvar tarixinə təyin edilib. İşə hakim Abusət Qasımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Karmen” MMC sabiq deputat Əsabil Qasımova məxsusdur. /Tibunainfo.az/