Bu mərtəbələrdəki mənzillərə tələbat artdı – Səbəb
Cəmiyyət
1386
05 Jan 2025 | 14:27

Bu mərtəbələrdəki mənzillərə tələbat artdı – Səbəb

Son dövrlər birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb.
 
Moderator.az Xəzər TV-yə istinadla xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
 
O bildirib ki, sözügedən mənzillərə tələbin artmasına səbəb paytaxt ərazisində aparılan söküntü işləridir. Eyni zamanda, plana düşən ərazilərdə fərdi yaşayış evləri olanlar daha çox binaların aşağı mərtəbələrinə üstünlük verirlər:
 
“Birinci və sonuncu mərtəbələrdəki mənzillər orta mərtəbələrə nisbətən 10-20 faiz ucuz təklif edilir. Bu da aşağı büdcəli sakinlər üçün daha əlçatan olur. Yuxarı mərtəbələrə üstünlük verənlər daha çox xaricdə yaşayan azərbaycanlılardır. Buna da səbəb onların qismən aşağı büdcə ilə az müddət qala biləcəkləri mənzil ala bilmələridir”.
Link kopyalandı!
Son xəbərlər