Bizi sosial şəbəkələrdən izləyin:
“Çoxları elə bilir ki, toyda hər kəs nə istəsə oxuya bilər. Xeyr, bu belə deyil. Toyun toy repertuarı var, səhnənin səhnə. Toyda da səhnə alırsan. Klassik mahnıları da toyda oxumaq lazımdır. Mənim də toy repertuarım var, klassik repertuarım da. Vaxt olub ki, toylarda ancaq klassik mahnılar oxumuşam. Öncədən mənə siyahı veriblər ki, Tofiq Quliyevin, Emin Sabitoğlunun mahnılarını oxuyun. Bugünki toyları da görürük də. Milli dəyərlərin qorunub saxlanılması artıq müşkül məsələyə çevrilib. Amma pisi deyəndə yaxşını da demək lazımdır. Elə müğənnilərimiz var ki, sırf öz repetuarları ilə, klassik mahnılarla toy aparırlar”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Rühəngiz Allahverdiyeva deyib. O daha sonra imicindən danışıb:
“Xəyyam Nisanovun anası Amerikaya gedəndə mənim üçün gözəl geyimlər gətirirdi. Mən də onları geyinirdim. Uşaqlar məni kuklaya bənzədirdilər. O vaxtdan da mənə barbi dedilər və o adla da qaldım. Bu gün məni bəzi efirlərdə və tədbirlərdə “səhnəmizin barbisi” deyə təqdim edirlər. Bu mənə xoş gəlir. Çünki imic yaratmışam və bu imici səhnəyə daşıya bilmişəm. Hətta bəzən toy sahibləri deyir, xahiş edirlər ki, bu imicdə gəlin toya” deyə sənətkar bildirib.
Sənətkar əl işlərindən də danışıb:
“Bəzən xanımlar deyir ki, filan şeyi bacarmıram, filan əşyanı düzəldə bilmirəm. Vallah xanımlar hər şeyi bacarır. Nəyisə bacarmayan xanım yoxdur, onu etmək istəməyən xanım var. Mən artıq illərdir əl işləri düzəldirəm. Bunu hər kəs bilir. Şou-biznesdəki ulduzların əksəriyyəti əl işlərimi alıb. Bəzilərinə özüm hədiyyə də etmişəm. O qədər əl işlərim, geyimlərim var ki, onlara artıq yer tapmıram. 2 otaq geyimim var. Geyimlərimin eskizlərini modelyerlərə özüm verirəm” deyə sənətkar bildirib.