Bayram günlərində zəhərlənmə ilə bağlı 28 müraciət qeydə alınıb - TƏBİB
Cəmiyyət
1559
03 Jan 2025 | 12:00

Bayram günlərində zəhərlənmə ilə bağlı 28 müraciət qeydə alınıb - TƏBİB

Bayram günü (31.12.2024-cü il) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 28 müraciət daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
 
Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol, 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, bir nəfər isə botilizmlə zəhərlənib.
 
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
 
Link kopyalandı!
Son xəbərlər