Meral Konratın çətin günü-“Təhminə” kövrəldi: “Dəfnə də gedəcəyəm”-FOTO+ÖZƏL
Cəmiyyət
2353
03 Jan 2025 | 01:12

Meral Konratın çətin günü-“Təhminə” kövrəldi: “Dəfnə də gedəcəyəm”-FOTO+ÖZƏL

“Fərdi Fayfurla baş rolda “Allahım, sen bilirsin” adlı bir filmdə çəkilmişdik. Bu filmdən sonra tanışlığımız başladı. Filmdən sonra mənim televiziya kanalında yayımlanman verilişimə qonaq oldu. Məndən onun klipində oynamağım üçün söz aldı. Mən də canlı efirdə söz verdim ki, mütləq çəkiləcəm. “Gizli sevda” mahnısına klip çəkdi və mən də baş rolda oynadım”
 
Bunu Moderator.az -a açıqlamasında türkiyəli aktrisa Meral Konrat məşhur aktyor və müğənni Fərdi Tayfurun dünyasını dəyişməsindən danışarkən deyib. O daha sonra əlavə edib:
 
“Fərdi bəy çox gözəl bir insan idi. Çox hörmət bəsləyirdim. Tez-tez görüşürdük. Allah ona rəhmət etsin, nurlarda yatsın. Onu izah etməyə kəlimələr də yetərsizdir. Birlikdə çəkildiyimiz filmlərin seti çox gözəl idi. Tərəf müqabilini qətiyyən incitməzdi. Çox incə davranırdı həmkarına, xüsusilə də qadınlara qarşı. Allahın izniylə onun dəfn mərasiminə də qatılacağam” deyə aktrisa bildirib.
 
Mera Konrat deyir ki, Fərdi Tayfur bütün sənətə gələn müğənnilər üçün böyük bir məktəb olub:
 
“O həqiqətən də sənətə yeni gələn müğənnilər üçün böyük bir məktəb idi və o məktəb həmişəlik qalacaq. Yeni nəsil müğənnilər onun mahnılarını dinləyib öyrənəcəklər. Sənətkarın özündən sonra mahnıları, rolları yadigar qalır. Onsuz da onun mahnılarını hər kəs ifa edir. Hamısı da bir-birindən gözəl oxuyurlar. Onun mahnılarını zatən heç kimsə pis oxumaz. Oxuya da bilməzlər. Çünki o bütün mahnılarına Fərdi Tayfur imzasını, möhürünü vurub” deyə Meral Konrat bildirib.
Link kopyalandı!
Son xəbərlər