İsveç Ukraynaya “Patriot” zenit-raket kompleksinin tədarükü üçün 27,1 milyon dollar ayıracaq
Cəmiyyət
1441
02 Jan 2025 | 20:43

İsveç Ukraynaya “Patriot” zenit-raket kompleksinin tədarükü üçün 27,1 milyon dollar ayıracaq

İsveç Rumıniyanın “Patriot” zenit-raket kompleksini Ukraynaya çatdırması üçün 27 milyon dollardan çox vəsait ayıracaq.
 
Bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
 
"Hökumət Ukraynanın hava hücumundan müdafiəsinə dəstək olaraq 300 milyon İsveç kronu (27,1 milyon ABŞ dolları-red) ayırmaq qərarına gəlib. Vəsait Ukraynaya verilmiş “Patriot” sistemini əvəz etmək üçün Rumıniyaya yönəldiləcək", - məlumatda bildirilir.
 
Vəsait Ukraynaya əvvəllər elan edilmiş yardım paketlərindən ayrılacaq.
Link kopyalandı!
Son xəbərlər