Homsa ordu yeridildi - Əsəd tərəfdarları axtarılır
Cəmiyyət
1504
02 Jan 2025 | 20:30

Homsa ordu yeridildi - Əsəd tərəfdarları axtarılır

Suriya təhlükəsizlik xidmətləri Homs şəhərində silahlarını təhvil verməkdən imtina edən prezident Bəşər Əsədin tərəfdarlarının axtarışına başlayıb.
 
Şəxsi heyətlə birlikdə şəhərə zirehli texnika köçürülüb.
 
Suriyanın yeni administrasiyası Homsda keçmiş əsgərlərin və silahlı qrupların üzvlərinin gəlib silahlarını təhvil verə biləcəkləri məntəqələr yaratdığını bildirib.
 
Son həftələrdə yeni administrasiyanın rəsmiləri Əsəd dövründən keçmiş təhlükəsizlik və kəşfiyyat xidmətlərinin üzvlərini saxlayıb.
 
Ötən il dekabrın 8-də Suriyadakı silahlı müxalifət Dəməşqi ələ keçirdiklərini və keçid hakimiyyətlərini formalaşdırdıqlarını bəyan etmişdilər. Daha sonra onlar yeni Suriya silahlı qüvvələri yaratmaq niyyətlərini açıqladılar./Yenisabah.az
Link kopyalandı!
Son xəbərlər