Azərbaycan XİN ABŞ-dəki hücumu pisləyib
1474
02 Jan 2025 | 19:44

Azərbaycan XİN ABŞ-dəki hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-dəki hücumu pisləyib.
 
Bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.
 
"Birləşmiş Ştatların Nyu Orlean şəhərində onlarla insanın ölümünə və yaralanmasına səbəb olan iyrənc avtomobil hücumunu şiddətlə qınayırıq.
 
Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir.
 
Biz bütün forma və təzahürlərində terrorizmin bütün əməllərini, üsul və təcrübələrini birmənalı şəkildə pisləyirik".
Link kopyalandı!
Son xəbərlər