Naxçıvanda ilin ilk körpələri əkiz oldu
Cəmiyyət
1844
01 Jan 2025 | 16:30

Naxçıvanda ilin ilk körpələri əkiz oldu

Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.
 
Moderator.az xəbər verir ki, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulub. Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı əkiz oğlan uşaqları dünyaya gətirib.
 
38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.
 
Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.
Link kopyalandı!
Son xəbərlər