Azərbaycanda insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 %-i geri qaytarılır
Cəmiyyət
1715
01 Jan 2025 | 10:05

Azərbaycanda insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 %-i geri qaytarılır

Bu gündən Azərbaycanda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı ödənilən ƏDV-nin 50 %-i geri qaytarılacaq.
 
Bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.
 
Bundan başqa, Azərbaycanda qeydiyyatından keçən və teatr, muzey və simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinomateqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azad edilib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər