Jurnalistləri intizarda qoymayan mətbuat katibləri - 2024-cü ildə onlar SEÇİLDİLƏR
Cəmiyyət
3744
30 Dec 2024 | 18:40

Jurnalistləri intizarda qoymayan mətbuat katibləri - 2024-cü ildə onlar SEÇİLDİLƏR

Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, həm də KİV əməkdaşlarının işinə yarayar.

Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin hamısı media ilə eyni səviyyədə çalışmır. Etiraf etməliyik ki, fəaliyyətsizliyi ilə jurnalistləri narazı salan mətbuat katiblərinin sayı az deyil.
İlin sonuna yaxın Moderator.az media nümayəndələri arasında sorğu keçirdi. Onlardan “İlin ən yaxşı” mətbuat katiblərini xəbər aldıq.

Baku TV-nin aparıcısı Aysel Aslanqızı qeyd etdi ki, bu il ölkəmiz üçün əlamətdar və yaddaqalan illərdən biri oldu:

"Cari ili həm də seçki ili adlandırsaq, yanılmarıq. Suverenliyimizin bərpası fonunda ilk dəfə bütöv Azərbaycan olaraq prezident və parlament seçkiləri keçirdik. Həmçinin, Azərbaycan müstəqilliyi tarixində ən böyük və mötəbər tədbir olan COP29-a uğurla ev sahibliyi etdi. Bu mənada, sözügedən tədbirlər media cameəsi üçün də olduqca vacib idi. İctimaiyyətin məlumatlandırılması baxımından biz jurnalistlərlə yanaşı, qurumların ictimaiyyətlə əlaqələr şöbələrinin üstünə də böyük yük və məsuliyyət düşürdü.

Təbii ki, hər ilin sonunda ənənəvi olaraq keçirilən bu sorğularda qurum və jurnalistlər arasında körpü olmağı bacaran hər bir mətbuat katibinin əməyini düzgün qiymətləndirmək lazımdır. Beləliklə, Energetika Nazirliyinin Mətbuat sektorunun müdiri - Mətbuat katibi Cahid Mikayılov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, Mərkəzi Seçki Komissiyası Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli, “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev, "AzərEnerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev, TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev, Fövqaladə Hallar Nazirliyin ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Ehtiram Xəlilov, ARDNŞ (SOCAR) Media əlaqələri şöbəsinin rəisi Əsəd Məmmədov, AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis kapitanı Zeyni Hüseynov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova ictimaiyyətin məlumatlandırılması üçün media ilə əlaqələrin düzgün qurulmasında operativ rol oynadıqları üçün təşəkkür edirəm".

 

İctimai Televiziyanın idman verilişlərinin aparıcısı Fəridə Abdulla qeyd etdi ki, 2024-cü ildə bir çox qurum və federasiyalarla işləyib:

"2024-cü ildə bir çox qurum və federasiyalardan xəbər aldıq. Əksər idman federasiyaları və idmançılardan operativ geridönüşlər aldım. Bu il ərzində daha çox güləş, cüdo, gimnastika, qılıncoynatma, badminton, basketbol federasiyaları ilə çalışmışam. Gənclər və İdman nazirliyinin fəaliyyətini də yüksək qiymətləndirirəm".

AnewZ Tv-nin əməkdaşı Nuray Mustafa qeyd etdi ki, dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir:
"Geridə qoyduğumuz 2024-cü ildə ən operativ çalışan qurumlar kifayət qədər oldu. Onlardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari tibbi sığorta üzrə dövlət agentliyi, Dövlət Gömrük Komitəsinin Mətbuat vəİctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov, ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev, Fövqaladə Hallar Nazirliyin ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Ehtiram Xəlilovun adlarını çəkə bilərəm". 

"Report" İnformasiya Agentliyinin müxbiri Səlcuq Elçin qeyd etdi ki, ümumilikdə, bu il ötən illərə nisbətən mətbuat xidmətlərinin işində canlanma hiss olundu:

"Bunun bəzi səbəbləri var. Ölkə gündəmində bir çox vacib hadisələr baş verdi. Bu hadisələrlə əlaqədar dövlət orqanlarının işində operativlik artdı. İşlədiyim qurumlardan Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətləri sorğularıma operativ cavab verir. Bu anlamda onlardan razıyam. 

Bu, o demək deyil ki, digər qurumlarla işləmirəm, sadəcə olaraq sadaladıqlarım, demək olar ki, hər gün və ya həftədə bir neçə dəfə danışdığım, xəbər aldığım qurumlardır. Bütün mətbuat katiblərinə də Yeni ildə daha böyük uğurlar və jurnalistlərlə daha sıx, daha məhsuldar işləməyi arzulayıram".

 
 
Trend Beynəlxalq İnformasiya Agentliyinin müxbiri Fərid Zöhrabov bildirib ki, mətbuat xidmətinin rəhbərləri media ilə ünsiyyəti yüksək səviyyədə qurmalıdırlar: 
 
"Bəzi qurumların mətbuat xidmətləri jurnalistlərin suallarını, sorğularını cavablandırmaq əvəzinə mane olurlar. Kobud da çıxsa, qurumun cangüdəni rolunda çıxış edirlər.

Bu il ümumiyyətlə mediamız üçün çox məhsuldar keçdi. COP29 kimi mötəbər tədbirdə bir çox mətbuat xidmətlərinin və jurnalistlərin rolu danılmazdır.
İşini layiqincə yerinə yetirən kifayət qədər mətbuat xidməti rəhbərlərimiz də var. 

Operativ şəkildə sorğulara cavab verən qurumlardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini misal göstərmək olar".
 
 
 
"Yeni Müsavat" qəzetinin müxbiri Şəhanə Rəhimli isə ötən illərlə müqayisədə indi bir sıra dövlət qurumunun mətbuat xidmətinin operativ məlumat yaymaqda maraqlı olduğunu vurğuladı:
 
"Çünki tutduğu tutduğu mövqe, rəhbərlik ondan bunu tələb edir.  Mətbuat xidmətləri arasında "ən yaxşı mən olmalıyam" yarışı gedir. Bu da, əlbəttə ki, biz jurnalistlərin xeyrinədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, AQTA, AYNA, DİN, XİN, TƏBİB, Elm və Təhsil Nazirliyinə tez-tez müraciət edirəm və sorğuma uyğun cavabları almaqda heç bir çətinliyim yoxdur. Yeni Klinikanın mətbuat katibi Nuridə Allahyarova da istənilən müraciətimə isti cavab verib. Bu yerdə, ASAN xidmətin, teatrlarımızdan Musiqili Teatrın və Kukla Teatrının mətbuat xidmətlərinə təşəkkür edirəm. Hər zaman jurnalistlərlə dostcasına davranır, müsahibələrə, istənilən məlumatı əldə etməyə şərait yaradırlar".
 
Moderator.az 
 

 

 

Link kopyalandı!
Son xəbərlər