Adı məzunu olduğu akademiyada da yaşayacaq...
Cəmiyyət
1992
29 Dec 2024 | 19:50

Adı məzunu olduğu akademiyada da yaşayacaq...

Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Husyev Yuriy “X” hesabında məlumat verib.
 
“Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq” , - səfir bildirib.
 
Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.
Link kopyalandı!
Son xəbərlər