Bizi sosial şəbəkələrdən izləyin:
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1963-cü il təvəllüdlü Leyla Bayramovanın nəşi Sumqayıt şəhərinə gətirilib.
"Report"un yerli bürosunun məlumatına görə, qəzada həlak olan L.Bayramovanın nəşi ailəsinə təhvil verilib.
Hazırda onunla vida mərasimi keçirilir.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.