Bizi sosial şəbəkələrdən izləyin:
"Hökumə xanım nəinki peşəkarlıq, həm də həmkarları arasında səmimiyyəti ilə də seçilirdi".
Bunu təyyarə qəzasında həlak olanlarla vida mərasimində mərhum bələdçi Hökumə Əliyevanın iş yoldaşı Mənzərə Ağayeva deyib.
"Hökumə xanım həm gözəl həmkar, həm də "Azərbaycan Hava Yolları" şirkətinin təhlükəsizlik prinsiplərinin bir nümunəsi kimi yadda qalacaq. Bizim qəhrəman pilotlarımız İqor Kşnyakin və Aleksandr Kalyaninov öz fədakarlığı və peşəkarlığı ilə qəlbimizdə olacaqlar", - deyə o əlavə edib.
Daha ətraflı Baku TV-nin süjetində: