Bizi sosial şəbəkələrdən izləyin:
Aktauda AZAL təyyarəsinin qəzası nəticəsində ağır xəsarət alan qırğızıstanlı 20 yaşlı Rinat Asanov özünə gəlib.
Bu barədə Oxu.Az zakon.kz-ə istinadən məlumat verir.
Hazırda gənc, iki həmvətəninin də müalicə aldığı Manqistau Vilayət Xəstəxanasındadır.
Həkimlərin məlumatına görə, digər iki zərərçəkənin vəziyyəti sabitdir, lakin onların hələ də tibbi müşahidəyə ehtiyacları var. Yaralıların qohumları ilə yanaşı Qırğızıstan FHN-nin xilasediciləri və tibb işçiləri də Aktauya gediblər.