Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq
Cəmiyyət
1965
29 Dec 2024 | 00:56

Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində həlak olan soydaşlarımızın nəşi Vətənə gətirilib”.
 
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.
 
Onun sözlərinə görə, nəşlər xüsusi avtomobillərlə birliyin üç şöbəsinə aparılacaq:
 
“Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında həlak olanların nəşinin məhkəmə-tibbi müayinəsi aparılacaq, ekspertizası keçiriləcək. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə, Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək. Daha sonra cənazələr dəfn olunacaq ünvanlara aparılacaq”.

 

Link kopyalandı!
Son xəbərlər