Təyyarə qəzasını araşdıran beynəlxalq ekspertlərin təmsil etdiyi ölkə və qurumlar məlum olub
Cəmiyyət
2176
28 Dec 2024 | 18:59

Təyyarə qəzasını araşdıran beynəlxalq ekspertlərin təmsil etdiyi ölkə və qurumlar məlum olub

Aktau yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzasının səbəbləri ilə bağlı 17 beynəlxalq ekspert tərəfindən araşdırma aparılır.
 
Bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
 
Onun sözlərinə görə, 17 nəfərin arasında “Embraer” şirkətindən 2, Braziliyanın Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzindən (CENIPA) 3, Dövlətlərarası Aviasiya Komitəsindən isə 3 ekspert yer alıb.
 
Eyni zamanda, ekspertlərdən 6-sı Azərbaycan, ikisi isə Rusiya Federasiyasındandır.
 
Kanat Bozumbayev tezliklə Beynəlxalq Mülki Aviasiya Təşkilatından da (ICAO) ekspertin gələcəyini əlavə edib.
Link kopyalandı!
Son xəbərlər