Təyyarə qəzasında həlak olan növbəti 24 nəfərin nəşi bu gün Bakıya gətiriləcək
Cəmiyyət
1653
28 Dec 2024 | 17:56

Təyyarə qəzasında həlak olan növbəti 24 nəfərin nəşi bu gün Bakıya gətiriləcək

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə həyatını itirən növbəti 24 nəfərin nəşi bu gün Bakıya gətiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Oxu.az etibarlı mənbələrdən məlumat əldə edib.
 
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər