Cəmiyyət
1728
28 Dec 2024 | 13:34

"ASAN xidmət" bayram günləri işləyəcək? - RƏSMİ

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 30-dan yanvarın 3-dək ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Qeyd edilib ki, yanvarın 4-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
 
Link kopyalandı!
Son xəbərlər