Ekskluziv
1820
27 Dec 2024 | 21:12

"Moskva nüvə sinaqlarının bərpası ilə bağlı Trampa xəbərdarlıq edib" - "The Telegraph" 

"Birləşmiş Ştatlar nüvə sınaqlarını bərpa etməklə Rusiya və Çin kimi rəqiblərinə siqnal göndərir..."
 
Rusiya ABŞ-ın mümkün düşmən hərəkətlərinə onun cavabında "heç bir istisnalar olmayacağı" ilə bağlı Trampa xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, bu, amerikalıların bərpa etmək istədiyi nüvə silahının sınaqlarına da aiddir. Moskva Donald Trampa vəzifəsinin icrasına başlayacağından sonra nüvə silahının sınaqlarının bərpa ediləcəyi ilə bağlı xəbərdarlıq edib və bəyan edib ki, Amerika təcavüzünə cavabda "heç bir istisnalar olmayacaq".
 
Xarici işlər nazirinin silahlar üzərinə nəzarətə cavabdeh olan müavini Sergey Ryabkov qeyd edib ki, Tramp birinci prezidentlik müddətində nüvə sinaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləni təsdiq etməkdən imtina edib.
 
Trampın bu imtinasından danışarkən Ryabkov deyib: "Bu gün Amerika siyasətinin müxtəlif aspektləri bizə düşmən münasibətini nümayiş etdirir. Ona görə də bizim təhlükəsizliyin təmin edilməsi məqsədilə görəcəyimiz cavab tədbirləri kompleksində heç bir istisnalar yoxdur".
 
1996-cı ildə BMT Baş Assambleyası tərəfindən təsdiq edilən nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə qüvvəyə minməyib, çünki onu imzalayan bəzi dövlətlər bu sənədi təsdiq etməyib.
 
Birləşmiş Ştatlar bu müqaviləni 1996-cı ildə imzalasa da, təsdiq etməyib. Rusiya bu müqaviləni 1996-cı ildə imzalayıb və 2000-ci ildə Vladimir Putin tərəfindən təsdiq edilib, amma 2023-cü ildə bunu geri götürüb.
 
Analitiklər güman edir ki, Birləşmiş Ştatlar bu silahın yeni növlərinin işlənib hazırlanması, habelə Rusiya və Çin kimi rəqiblərinə siqnal göndərmək məqsədilə nüvə sınaqlarını bərpa etmək niyyətindədir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər