"Bu tapıntılar regionun zəngin arxeoloji potensialına malik olduğunu göstərir..."
Portuqaliyanın Lissabon şəhərindəki Nova Universitetindən olan sualtı arxeoloq və tədqiqatçı Aleşandre Monteyru güman edir ki, Portuqaliya sularında çoxlu xəzinəsi olan 200-dən artıq batan gəmi ola bilər.
Moderator.az xəbər verir ki, alimin bu kəşfi barədə "euronews.com" nəşri məlumat yayıb.
Monteyru Portuqaliya sularında 8620 batan gəmini identifikasiya edib, onlardan 250-sində qədim xəzinənin olduğuna əmindir.
Onun təqdiqatı tarixi sənədlərə ilk dəfə çıxış əldə edilən 1500-cü illərin qeydlərini əhatə edir. Bu kəşf materik Portuqaliyanın sahil rayonlarını, Azor adaları və Madeyranın ətraf sularını əhatə edir.
"Mən materik sahilləri boyunca 7500, Azor adalarında 1000 və Madeyra yaxınlığında 120 gəmi qəzasını sənədləşdirmişəm. Məsələn, mən bilirəm ki, Troya sahillərində İspaniyanın 1589-cu ildə inşa edilmiş "Nossa Senhora do Rosario" adlı gəmisi var. Mən onun tarixini tədqiq etmişəm və hətta kapitanın anasının adını da bilirəm. Rəsmi qeydlər göstərir ki, bu gəmi 22 ton qızıl və gümüş daşıyıb", - tədqiqatçı deyib.
Lakin Portuqaliya hökuməti dərc edilən bu təqdiqata münasibət bildirməyib və bu gəmi qəzaları ilə bağlı hər-hansı addımlar atmayıb.
"Biz bilirik ki, xəzinəsi olan 250 gəmi mövciddur, tez-gec inşaat layihəsi və ya buna bənzərləri onlardan birini aşkar edəcək. Lakin belə kəşfləri müdafiə etmək üçün gözlənilməz şəraitlər üçün hər-hansı fəaliyyət planı yoxdur", - Monteyru qeyd edib.
Bu narahatlığa rəğmən, o, xəzinə ovçularının bu yerlərə nə zamansa basqın edəcəyi ehtimalını təkzib edib və deyib: "Bu, az ehtimal edilir, çünki batan gəmilərin əksəriyyət qalıqları qum altına gömülüb".
Aleşandre Monteyrunun tapıntıları, o cümlədən Fayal adası yaxınlığındakı 1615-ci ildə batan gəmi regionun zəngin arxeoloji potensialını təsdiq edir", - məlumatda deyilir.