Tarix təkrarlandı...2005-ci ildə də Aktauya uçan təyyarə qəzaya uğramışdı
5128
25 Dec 2024 | 14:25

Tarix təkrarlandı...2005-ci ildə də Aktauya uçan təyyarə qəzaya uğramışdı

İllər əvvəl də dekabrda Aktauya uçan təyyarə qəzaya uğramışdı.
 
Sosial mediada 2005-ci ildə baş verən qəza ilə bağlı paylaşımlar edilir.
 
Belə ki, həmin il dekabrın 23-də Azərbaycan Hava Yollarına məxsus Bakı–Akatu reysi ilə hərəkət edən "An-140" təyyarəsi qəzaya uğrayıb.
 
Hava limanından saat 22:19-da havaya qalxan təyyarə təxminən 7 dəqiqədən sonra 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşüb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib.
 
Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15 nəfəri Azərbaycan Respublikasının, 8 nəfəri xarici ölkə vətəndaşları idi. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər