Cəmiyyət
1642
00:53, Bu gün

"Maliyyə uğurunun başlıca sirri heç də uğur dərəcəsi və intizam deyil" - 50 illik tədqiqatın nəticələri

"Emosional intellekt anadangəlmə psixi xüsusiyyət deyil, daha çevik vərdişlərə aiddir, yəni onu inkişaf etdirmək olar..."
 
Yeni Zelandiyadan olan psixoloqların 50 illik tədqiqatı maliyyə uğurunun sirrini üzə çıxarıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
 
Qeyd edilir ki, bu uğurun sirrinin məktəbdə uğur dərəcəsi, peşə vərdişləri və ya əmək intizamı ilə heç bir əlaqəsi yoxdur.
 
1972-ci ildən psixoloqlar Yeni Zelandiyanın Cənub adasında yerləşən böyüklüyünə görə ikinci meqapolisi olan Danidin şəhərinin mindən artıq sakininin həyatını izləyib. 
 
Alimlər təqiqat subyektlərinin psixoloji və fiziki inkişafı, doğulandan böyük yaşında həyatınadək müxtəlif sahələrdə uğurları barədə məlumatlar toplayıb.
 
Müəyyən edilib ki, gələcək maliyyə və peşə uğurunun ən yaxşı müjdəçisi emosional intellekt və buna uyğun olaraq öz hərəkətlərinə nəzarət etmək qabiliyyətidir.
 
Alimlər bunu "emosional əmsal" (EQ) adlandırıb. Müəyyən edilib ki, yüksək EQ-yə malik olan insanlar bir qayda olaraq nikbin ovqata köklənir, əməli tənqidi və öz səhvlərini qəbul edir, empatiya nümayiş etdirir, neqativ emosiyalarının öhdəsindən gəlməyi bacarır. 
 
Onlar tez-tez işdə uğura köklənir, rəhbərliyin iltifatını qazanaraq özünün xeyli müdafiəsini təmin edir, əmək haqqının artırılması və ya ona əlavələr edilməsi ehtimalını yüksəldir.
 
Bundan başqa, yüksək EQ-yə malik olan insanlar öz emosional impulslarına daha yaxşı nəzarət edir və nadir hallarda yanlış qərarlar qəbul edir, çünki hərəkət etməzdən öncə düşünməyə meyllidir.
 
Bu xüsusiyyət əmanətlər, büdcənin tərtib edilməsi və gələcəyin planlaşdırılması vasitəsilə pullarının məsuliyyətlə idarə edilməsinə kömək edə bilər.
 
Aşağı EQ-yə malik olan fərdlər, böyük ehtimalla, böyük yaşlarında o cümlədən aşağı gəlir, vəsaitlərin qənaət edilməsində səmərəsiz üsullar, vaxtı keçmiş kreditlər və sosial təminat sistemindən asılılıq da daxil olmaqla "rifah halında əlverişsiz nəticələrə" malik olub.
 
Üstəlik, 30 yaşında aşağı emosional intellektə malik olan qrupların nümayəndələrinin çox vaxt toplanan pulları olmayıb, həmçinin gələcək üçün şəxsi ev, banklarda depozitlər, investisiya fondları və ya təqaüd proqramları kimi daha az maliyyə aktivlərinə malik olub.
 
Dəyərləndirmələr uşaqların davranışının bilavasitə müşahidə edilməsi, onların valideynləri ilə sorğuların keçirilməsi və müəllimlər tərəfindən onların anketlərinin doldurulması yolu ilə aparılıb.
 
"Bütün uşaqlar zamanla özünənəzarətin çatışmazlığını keçirir, lakin kompleks icmal göstərib ki, aşağı EQ balı olan şagirdlərdə uşaqlıqda və bir çox illər ərzində müxtəlif vəziyyətlərdə özünənəzarət aşağı səviyyədə olub", - tədqiqatçılar qeyd edib.
 
Təhlil göstərib ki, orta səviyyəli özünənəzarət oğlanlara nisbətən qızlarda, habelə təminatlı ailələrdə xeyli yüksək olub. Bundan başqa, yüksək emosional intellekti olan uşaqlar bir qayda olaraq daha yüksək İQ-yə (intellekt əmsalı) malik olub.
 
Psixoloqlar diqqəti buna yönəldib ki, emosional intellekt anadangəlmə psixi xüsusiyyət deyil, daha çevik vərdişlərə aiddir, yəni onu inkişaf etdirmək olar.
 
Burada erkən inkişafın müxtəlif proqramları, psixoloji texnika, lakin ilk növbədə öz övladlarının uğurlu gələcəyində maraqlı olan şüurlu valideynlər kömək edəcək.
Link kopyalandı!
Son xəbərlər