Bu günlərdə Suriyadan azərbaycanlıların növbəti qrupu gətiriləcək
Cəmiyyət
257
14:00, Bu gün

Bu günlərdə Suriyadan azərbaycanlıların növbəti qrupu gətiriləcək

"Suriyada doğulmuş uşaqların doğum haqqında şəhadətnamələri olmur. Bundan başqa, məktəbə getməyən, peyvənd olmayan uşaqlar var. Bu uşaqların hüquqlarının müdafiəsi bizim üçün çox önəmlidir".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında Ombudsman Səbinə Əliyeva bildirib.
 
S.Əliyeva Suriyadan repatriasiya edilən azərbaycanlılarla bağlı danışarkən qeyd edib ki, Ombudsman Aparatı bir çox istiqamətdə fəaliyyət göstərir:
 
"Hər iki valideynini itirmiş uşaqların dövlət tərəfindən himayə olunması, yaxud da yaxın qohumların himayəsinə verilməsi ilə bağlı, Azərbaycana qayıtdıqdan sonra onlara psixoloji dəstək göstərilməsi, reabilitasiya ilə əlaqədar fəaliyyətimiz davam edir. Bu günlərdə Suriyadan azərbaycanlıların növbəti qrupu repatriasiya ediləcək. Onların dəqiq sayı ilə bağlı açıqlama yalnız Azərbaycana gətirildikdən sonra veriləcək".
 
Qeyd edək ki, Ombudsman və onun nümayəndələri tərəfindən Suriya Ərəb Respublikasından repatriasiya edilmiş Azərbaycan Respublikası vətəndaşlarından 54-ü uşaq, 16-sı qadın olmaqla 70 nəfərlə görüş keçirilib, onların hüquqlarının təmini vəziyyəti öyrənilib.
 
Link kopyalandı!
Son xəbərlər