Ov mövsümünün açılmama səbəbi elan olunub
Cəmiyyət
372
18:03, Bu gün

Ov mövsümünün açılmama səbəbi elan olunub

"Ötən il Azərbaycanda vəhşi heyvan və quş növlərinin say nəticələri qənaətbəxş olmayıb".
 
Bu sözləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva "Ekspert saatı"nda deyib.
 
O bildirib ki, hər il vəhşi heyvan və quşların sayının monitorinqi aparılır:
 
"Saya əsasən, ov obyektlərinin normaları müəyyən olunur, ov mövsümü açıq elan olunur. Lakin ötən il Azərbaycanda vəhşi heyvan və quş növlərinin say nəticələri qənaətbəxş olmayıb. Bir qisim heyvan və quşların sayında azalmalar müşahidə olunub".
 
A.Babayeva qeyd edib ki, bu il ov mövsümün hələ də açılmaması həmin nəticələrlə bağlıdır:
 
"Sayma prosesi elm adamları tərəfindən aparılır. Ov mövsümü açılmamışdan qabaq müzakirələr keçirilir. Elm adamları tərəfindən rəylər verilir və bundan sonra mövsüm açılır. Bu il ov mövsümünün açılmaması say nəticələri ilə bağlıdır. Hazırda tədqiqatçılar araşdırmalar aparırlar".
Link kopyalandı!
Son xəbərlər