Bizi sosial şəbəkələrdən izləyin:
Beynəlxalq Qarabağ Təşkilatının İdarə Heyəti növbəti toplantısını keçirilib. İclasda təşkilatın Türkiyə, Rusiya, İsveç və Azərbaycandan olan İdarə Heyəti üzvləri iştirak ediblər.
Təşkilatın Moskvadakı nümayəndəsi Elşən İbrahimovun moderatorluğu ilə keçirilən toplantıda Azərbaycandan BQT-nin koordinatoru Akif Nağı, Şamil Mehdi, Novruz Novruzov, Türkiyədən Ziya Zakir Acar görülən işlərdən və qarşıda duran vəzifələr barədə fikirlərini bildiriblər.
Akif Nağı təklif edib ki, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə onlayn formatda əhatəli tədbir təşkil olunsun. Təklif toplantı iştirakçıları tərəfindən yekdilliklə bəyənilib. Tədbirin təşkili üçün üzvlərə konkret tapşırıqlar verilib.