13 yaşlı Kamillanın xeyirxah insanların dəstəyinə ehtiyacı var - FOTO
Cəmiyyət
188
14 Dec 2024 | 23:15

13 yaşlı Kamillanın xeyirxah insanların dəstəyinə ehtiyacı var - FOTO

13 yaşlı Kamilla 6 ildir ağır xəstəliklərdən əziyyət çəkir.
 
Yeniyetmə qızın böyrəklərində və qaraciyərində problem var.
 
Eyni zamanda, onun öd kisəsində daş var. Kamillanın başının kardioqramması zamanı ciddi problemlər olduğu aşkarlanıb. Bundan qaynaqlanaraq 13 yaşlı qızın görmə qabiliyyəti pisləşib.
 
Həkimlər Kamillanın müalicəsinin təcili davam etdirməli olduğunu bildirirsələr də, müalicə üçün 70 min manat məbləğində pul lazımdır.
 
Kamillanın anası Elmira İsmayılova qızının müalicəsi üçün yardımsevər şəxslərdən kömək istəyir.
 
Bu gün ailənin maddi vəziyyəti o həddədir ki, nəinki qızının dərmanlarını, ərzaq almağa da imkanları yoxdur. Borc içində olan ailə Kamillanın sağalması üçün bütün əşyalarını satıb.
 
Ağır vəziyyətdə olan ailəyə yardım etmək istəyənlər üçün Elmira İsmayılovanın telefon nömrəsi qeyd edirik: 055-706-05-21
 
 
Link kopyalandı!
Son xəbərlər