Təzə ilə təzə qiymətlərlə? - bahalaşma gözləntisi: Rusiya amili, yoxsa...
Cəmiyyət
277
12:28, Bu gün

Təzə ilə təzə qiymətlərlə? - bahalaşma gözləntisi: Rusiya amili, yoxsa...

Keçən ilin 10 ayında Rusiyaya 544 milyon dollarlıq, bu ilin 10 ayında isə 535 milyon dollarlıq məhsul göndərilib

Ötən noyabr ayında Rusiyada meyvə və tərəvəzin qiymətləri 10,4 faiz, o cümlədən xiyarın qiyməti təxminən 43 faiz bahalaşıb. Rusiya Federasiyası Dövlət Statistika Federal Xidmətinin  açıqladığı hesabata əsasən ilin əvvəlindən bu məhsullar 12 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,7 faiz bahalaşıb.

Bildirilir ki, noyabrda xiyarın qiymətləri 42,6 faiz (oktyabrda 3,8 faiz), pomidorun qiyməti 22,8 faiz (3,2 faiz), soğanın qiyməti 19 faiz (4,4 faiz), kartofun qiyməti 17,6 faiz (4,9 faiz), kələm 16,1 faiz (azalma 3,4 faiz), yerkökü 5,7 faiz (azalma 6,5 faiz), banan 5,4 faiz (artım 4,4 faiz) artıb, limonun qiyməti 1,8 faiz ucuzlaşıb.

Yada salaq ki, Azərbaycanın xiyar-pomidor ixracında Rusiya 95 faizdən yuxarı paya malikdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 136 milyon 365,52 min dollarlıq 115 min 368,63 ton pomidor, 1 milyon 600,79 min dollar dəyərində 1546,04 ton xiyar ixrac edilib.

Rusiyada qiymətlərin oktyabrdan bahalaşmağa başladığını nəzərə alsaq, ilin sonunadək bu ölkəyə ixrac həcminin daha sürətlə artacağını söyləmək olar.

Ərzaq bahalaşmasının əsas səbəbi - VİDEO

Dövlət Statistika Komitəsinin bu ilin yanvar-noyabr ayları üzrə məlumatlarına nəzərə yetirdikdə görürük ki, Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 102 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101 %, qeyri-qida məhsulları üzrə 101,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,8 % təşkil edib. Bu ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 104,4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 %, qeyri-qida məhsulları üzrə 102,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 % olub. İstehlak qiymətləri indeksi oktyabr ayına nisbətdə isə 100,7 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə oktyabra nisbətən 101,4 % təşkil edib.

Qida məhsullarından daha çox artım uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, azalma isə təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində noyabr ayında daha çox artım müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Köçkünlərin köhnə evlərə qayıdıb yaşayacağı ağlabatan deyil...” - Xalid  Kərimli

Xalid  Kərimli 

İqtisadçı Xalid  Kərimli “Yeni Müsavat”a bildirib ki, Rusiyaya ixrac artmayıb, əksinə azalıb. Ekspert digər məhsulların qiymətində qeydə alınan artıma diqqət çəkdi: “Azərbaycandan Rusiyaya meyvə- tərəvəz ixracında keçən ilin 10 ayı ilə müqayisədə, bu ilin 10 ayında azalma var. Keçən ilin 10 ayında 544 milyon dollarlıq, bu ilin 10 ayında isə 535 milyon dollarlıq məhsul göndərmişik.

Pomidorun ixracında nisbətən artım olub, keçən ilin 10 ayında 126 milyon dollarlıq məhsul ixrac etmişdiksə, bu ilin 10 ayında 142 milyon dollarlıq məhsul ixrac olunub. 10 aylıq statistikaya nəzər yetirsək, bəzi məhsulların qiyməti artıb, bəzilərinki isə azalıb. Məsələn, çörək və çörək məhsullarının qiymətində 3,1%-lik ucuzlaşma,  ət və ət məhsullarının qiymətində isə 4,4% artım var. Kərə və bitki yağlarının qiymətində də 2,7% artım görünür. Ən böyük artım meyvələrin qiymətindədir, keçən ilin oktyabrı ilə müqayisədə bu ilin qiymətlərində 9% artım var.  Mineral sularda 4,7%, içkilərdə 4,4% artım olub. Ümumi şəkildə isə 11 aylıq statistikada 4,4 faizlik inflyasiya var. Dekabrda bu rəqəm  çox da fərqli olmayacaq. Təqribən 4,5% faizlik inflyasiya gözlənilir. Qiymət indeksinin, ərzaq qiymətlərinin artması inflyasiyanın artmasına ciddi təsir göstərir. Dekabr ayında sürpriz olmayacaq. Ölkədə noyabr ayında  4,4 faizlik inflyasiya elan ediblər. Yəqin ki, bu intervalda qalacaq". /“Yeni Müsavat”/

Link kopyalandı!
Son xəbərlər