Prezidentin köməkçisi:
Cəmiyyət
377
13 Dec 2024 | 21:29

Prezidentin köməkçisi: "Texnologiyanın gətirdiyi fürsətləri nəzərə alaraq inkişaf etməliyik"

"Texnologiyanın inkişafına müqavimət göstərmək olmaz, bizim diqqətdə saxlamalı olduğumuz məsələlərdən biri də texnologiyanın gətirdiyi fürsətlərdir".
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı deyib.
 
O bildirib ki, bu kontekstdə süni intellekt Azərbaycanın prioritet istiqamətlərindən biridir.
 
H.Hacıyevin sözlərinə görə, süni zəka texnologiyalarından Azərbaycan mediası və diplomatiyasında gündəlik olaraq istifadə edilir.
 
O əlavə edib ki, 2-ci Qarabağ Müharibəsi zamanı süni intellektdən istifadə edilərək, Azərbaycan çox intensiv dezinformasiyanın hədəfinə çevrilmişdi.
Link kopyalandı!
Son xəbərlər