Rusiyadan Zəngəzur açıqlaması: 
Cəmiyyət
323
14:14, Bu gün

Rusiyadan Zəngəzur açıqlaması: "Naxçıvana yolun açılması..."

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpası ilə bağlı ümumi anlaşma əldə olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
 
“Deməliyəm ki, azərbaycanlı və erməni tərəfdaşlarımızla bir çox nizamlanma sahələrində artıq ciddi nəticələr əldə etmişik. Regional nəqliyyat kommunikasiyalarının, ilk növbədə, dəmir yolunun blokdan çıxarılmasından danışıram.
 
Baş nazirin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində dəmir yolu əlaqəsinin bərpası ilə bağlı ümumi anlaşma əldə olunub”, - deyə Qaluzin söyləyib.
 
Rusiya rəsmisi qeyd edib ki, söhbət Zəngəzurdan keçən yoldan gedir. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər