Bizi sosial şəbəkələrdən izləyin:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” jurnalının “Global Brand Awards” beynəlxalq müsabiqəsində üç kateqoriya üzrə uğur əldə edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyi müsabiqənin “Ən yaxşı məşğulluğa dəstək agentliyi”, “İşçi qüvvəsinin inkişafında mükəmməllik” və “Aparıcı dövlət məşğulluq agentliyi” kateqoriyaları üzrə qalib seçilib.
Agentliyin adı qalib olaraq “Global Brand Awards” müsabiqəsinin rəsmi səhifəsində də yer alıb.
Müsabiqə müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatların uğurlu iş təcrübələrini qlobal səviyyədə tanıtmaq məqsədilə təsis edilib.