Bizi sosial şəbəkələrdən izləyin:
Mədəniyyət Nazirliyinin mətbu orqanları növbəti ilin ilk günündən fəaliyyətini dayandıracaq.
Moderator.az xəbər verir ki, bu barədə bakuplus.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Bildirilib ki, mətbu orqanların fəaliyyətini dayandıracağı haqqında artıq işçilərə məlumat verilib.
Qeyd edək ki, hazırda Mədəniyyət Nazirliyinin iki mətbu orqanı fəaliyyət göstərir. “Mədəniyyət” qəzeti həftənin çərşənbə və cümə günləri çıxır. “Mədəniyyət” jurnalı isə ildə altı dəfə işıq üzü görürdü.
Mövzunu diqqətdə saxlayacağıq.