Aİ Rusiyaya qarşı 15-ci sanksiyalar paketini razılaşdırıb
1769
11 Dec 2024 | 21:55

Aİ Rusiyaya qarşı 15-ci sanksiyalar paketini razılaşdırıb

"Avropa İttifaqı həmçinin Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin 3-cü ildönümünə 16-cı sanksiyalar paketi hazırlayır..."
 
Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri dekabrın 11-də Brüsseldə Rusiya Federasiyasına qarşı 15-ci sanksiyalar paketini təsdiq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyenin sözlərinə görə, məhdudiyyətlər üzdəniraq "gizli donanma" ilə mübarizəyə yönəlib.
 
Bu, rusiyalıların G7 qrupu ölkələri tərəfindən müəyyən edilmiş məhdudiyyətlərdən yan keçərək neft və neft məhsullarının ixrac edilməsi üçün istifadə etdikləri bir qrup tankerlərdir.
 
Sanksiyalar siyahılarına Rusiyanın Qərbin məhdudiyyətlərindən yan keçməyə kömək edən yeni şəxslər və şirkətlər əlavə ediləcək.
 
Bu sanksiyalar Avropa İttfaqı Şurasında xarici işlər nazirləri tərəfindən dekabrın 16-da təsdiq edilməlidir. Həmçinin məlumat verilib ki, Avropa İttifaqı artıq 16-cı sanksiyalar paketi hazırlayır və bunu Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsinin üçüncü ildönümünə həsr edəcək. Güman edilir ki, bu paket daha da "miqyaslı" olacaq.
 
Avropa İttifaqının Rusiyaya qarşı 15-ci sanksiyalar paketi
 
Ötən həftə Avropa İttifaqı 15-ci sanksiyalar paketini təsdiq edə bilməyib. "Politico" nəşrinin məlumatına görə, bu, Latviya və Litvanın mövqeyi səbəbindən baş verib.
 
Bu ölkələr paketi dəstəkləməkdən imtina edib, çünki bu paket həmçinin Qərb firmalarının mövcud sanksiyalara rəğmən Rusiyada işləməkdə davam etməsinə imkan verən müddəanın müddətini uzadıb.
 
Məlumat verilib ki, Avropa İttifaqı Rusiyanın "Qazprombank"a qarşı sanksiyaların yumşaldılması məqsədilə ABŞ-a təzyiq edir. 
 
"Bloomberg" nəşri xatırladıb ki, bu maliyyə müəssəsi Rusiya təbii qazının Avropa İttifaqına tədarükünü təmin edən əsas maliyyə müəssisəsidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər