DİN rəsmisi təsdiqlədi: Estetik cərrahlar cəzalandırılacaq
Cəmiyyət
2075
01:39, Bu gün

DİN rəsmisi təsdiqlədi: Estetik cərrahlar cəzalandırılacaq

Azərbaycanda 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması məsələsinin aidiyyatı qurumlar tərəfindən nəzarətə götürüldüyü barədə xəbər vermişdik.
Materialda qeyd olunurdu ki, saxta sertifikatla fəaliyyət göstərən cərrahların siyahısı tərtib olunur və tədbir görülməsi üçün müvafiq dövlət qurumuna göndəriləcək.
 
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev İTV-nin efirində açıqlama verib.
 
Qurum rəsmisi bildirib ki, Qənirə Ataşovanın paylaşımından sonra ona xeyli sayda təzyiq və təhdidlər oldu:
 
"Bunların araşdırılması DİN-in aidiyyəti baş idarəsində aparıldı. Bu paylaşımların dayandırılması üçün Qənirə xanıma mesajlar yazılıb. Burada qənaətə gəldik ki, həmin şəxslər bu iddialara cavab vermək əvəzinə, təzyiq etməyi üstün tutublar. O həkimlərin biri çıxıb sosial şəbəkədə iddialara cavab vermədi. Diplomun, sertifikatın yoxdur deyilirsə, təqdim etməlisən.
 
DİN-ə daxil olan müraciətləri nəzərdən keçirəndə aydın olur ki, zərərçəkmişlərin çoxu sonradan susdurulub. Zərərçəkmiş şikayətin geri götürür ki, həkimlə arasındakı problemi həll edib.
 
Bütövlüklə cəmiyyət olaraq biz hüququn işləyə biləcəyi formada qaydaları tənzim etməliyik. Qanunsuz fəaliyyət göstərirsənsə, cəza təhdidi var.
Dövlətin bu sahədə konkret mövqeyi var. Adiyyəti üzrə tapşırlar verilib. Səhiyyə Nazirliyi, Baş Prokurorluq, TƏBİB tərəfindən işlər davam etdirilir. Bu əməllə məşğul olanlar diqqətli olsunlar, cəzalanmalar olacaq”.
Link kopyalandı!
Son xəbərlər