Azərbaycan və Türkiyə sahibkarlarının işgüzar görüşü keçiriləcək
1963
10 Dec 2024 | 14:42

Azərbaycan və Türkiyə sahibkarlarının işgüzar görüşü keçiriləcək

Azərbaycan və Türkiyə sahibkarlarının işgüzar görüşü keçiriləcək.
 
Moderator.az xəbər verir ki, 16-20 dekabr tarixlərində Türkiyədən olan müxtəlif sektorlardakı sahibkarlar ölkəmizdə səfərdə olacaq. 
 
Səfər çərçivəsində 18 dekabr tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə B2B formatında işgüzar görüş keçiriləcək.
 
Səhiyyə, mədən, elektrik, inşaat və tikinti avadanlığı, müdafiə və aviasiya, dəmir yolu nəqliyyat sistemləri sektorlarının təmsil olunduğu görüşün məqsədi iki ölkə arasında biznes əlaqələrini inkişaf etdirmək, yeni əməkdaşlıq imkanları yaratmaqdır.
Görüş 18 dekabr 2024-cü il tarixində  saat 09:30-da Baku Marriott Hotel Boulevard Hotelində (Xəqani Rüstəmov küçəsi 4C, Xətai rayonu) başlayacaqdır.
 
Görüşdə iştirak etmək istəyənlər //forms.gle/vUexue7NroPC9XH4A linki ilə qeydiyyatdan keçməlidir. 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər