Bizi sosial şəbəkələrdən izləyin:
“Avtomobilin bütün fəsillərdə texniki göstəriciləri standartlara cavab verməlidir. Qarşıdan qış ayı gəlir. İlk növbədə avtomobilin qış təkərləri dəyişdirilməlidir. Bu da onun üçün laızmdır ki, avtomobil yağışlı, qarlı havalarda normal hərəkət edə bilsin. Bəzən təkərlərə zəncir bağlayırlar. Təkərə bağlanan zəncir müəyyən bir sürət üçündür. Əlacsızlıqdan, əgər sənin qış təkərin yoxdursa vurulur. Bu adından da göründüyü kimi zəncirdir də. Zəncir çıxır, ora-bura dəyir, avtomobilin müəyyən yerlərinə, xarici görünüşünə xələl gətirir. Bu o qədər də xilas yolu deyil. Bizdə onsuz da qarlı və buzlu havalar 2-3 gün olur. Buna görə bir çox sürücülər qış təkəri almır. Adətən zəncirdən daha çox istifadəni taksi sürücüləri edir”
Bunu Moderator.az-a açıqlamasında avtomobil ustası Vüqar İmanov deyib.
Avtomobil ustası bildirib ki, soyuq havalarda maşınlara xüsusi qulluq olunmalıdır:
“Havalar soyuq olduğu üçün maşında mühərrikin əsas hissələri dona bilər. Ələxsus da bölgələrdə bu özünü daha da qabarıq göstərir. Bundan başqa mənfi temperatur şəraitində daxiliyanma mühərriklərini, yanğına qarşı boru kəmərlərini soyutmaq, pəncərə və nəzarət şüşələrinin donması və tərləməsinin qarşısını almaq üçün antifirizdən istifadə olunmalıdır. Yağışlı havalarda avtomobilin normal hərəkət etməsi üçün şüşətəmizləyiciləri düzgün işləməlidir. Salonu qızdıran peç, termostat yerində olmalıdır” deyə avtomobil ustası bildirib.
Vüqar İmanov dizel yanacaqa qatılan maddələrdən də danışıb:
“O ki, qaldı qatqılara.. Qatqılar bu gün dizellə işləyən avtomobillərə lazımdır. Dizellər ağır yanacaqla işlədiyi üçün onlar bir mənfi fəsadlara gətirib çıxarır. “Eurostandart” deyilən bir şey var. Müasir avtomobillərdə “euro 6” standartına cavab verən yanacaq bizdə yoxdur. Yanacaqdoldurma məntəqələrində satılan qatqıların mənşəyi bilinmir ki, hardan gəlir, kimlər satır? Sürücüyə onu düzgün təqdim etmirlər. Bu zaman bir çox problemlər meydana gəlir. Yaxşı olardı ki, tanınmış bir firmanın, şirkətin məhsulundan istifadə edilsin. Əks halda yanacaqdoldurma məntəqələrində operatorların təqdim etdiyi qatqıları satmaqda məqsəd onların faiz qazanmasıdır” deyə avtomobil ustası bildirib.