Statistika Şurasının tərkibi dəyişib
1557
09 Dec 2024 | 18:50

Statistika Şurasının tərkibi dəyişib

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının tərkibinə dəyişiklik edilib.
 
Nazirlər Kabineti bu barədə qərar verib.
 
Aşağıdakı şəxslər Statistika Şurasının üzvlüyündən çıxarılıblar:
 
- Elşən Moqif oğlu Rəhimli - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsi rəisinin müavini
 
- Əzizağa Nəriman oğlu Əhmədov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi
 
- Çingiz Həsən oğlu Tağıyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri
 
- Sakit Məmədi oğlu Yaqubov - Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru.
 
Aşağıdakı şəxslər Statistika Şurasının yeni üzvləri olub:
 
- Elşən Arif oğlu Hüseynov - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi rəisinin müavini
 
- Rəşid Valeh oğlu Vəliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika İdarəsi rəisinin müavini
 
- Cəmaləddin Əlibala oğlu Quliyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri
 
- Natiq Qarakişi oğlu Əhmədov - Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat və statistika kafedrasının müdiri.
Link kopyalandı!
Son xəbərlər