Baş nazir MÜHUM QƏRAR imzaladı
1381
06 Dec 2024 | 20:57

Baş nazir MÜHUM QƏRAR imzaladı

Nazirlər Kabineti Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında qərarına dəyişiklik edib.
 
Moderator.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
 
Qərara əsasən, Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Ədliyyə Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) ilə bağlı daxilolmaların 1,0 faizinə qədər, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.
Link kopyalandı!
Son xəbərlər