Ərəb ölkəsindən ölkəyə qayıdan Azərbaycan vətəndaşı səkkiz planşet və dörd telefonundan oldu
1390
06 Dec 2024 | 18:51

Ərəb ölkəsindən ölkəyə qayıdan Azərbaycan vətəndaşı səkkiz planşet və dörd telefonundan oldu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində mobil telefon və planşetlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
 
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
 
Əbu-Dabi - Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükündən gömrük orqanlarına bəyan edilməyən müxtəlif markalı səkkiz ədəd planşet, dörd ədəd notbuk, səkkiz ədəd qulaqlıq, dörd ədəd "Apple Pencil Pro" markalı qələm, dörd ədəd "iPhone 15 Pro 128 GB" markalı mobil telefon aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər