“Həyat üçün şans” reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.
Moderator.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasiyentlərdən birinin işgəncə nəticəsində ölməsidir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi də araşdırılır.
Qeyd edək ki, Bakıda və Abşeronda bir neçə reabilitasiya mərkəzləri mövcuddur ki, vətəndaşların müraciəti əsasında narkomaniya və ağ ölümlə mübarizədə onlara köməklik edirlər. Lakin bu tipli müəssisələrdə əvvəllər də bir neçə dəfə ölüm halları qeydə alınıb.
***
“Həyat üçün şans” reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.
Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
İddia olunur ki, hazırda bu istiqamətdə əməliyyat davam etdirilir.