Lotoreya təşkilatçılarından VÖEN tələb olunacaq
1669
04 Dec 2024 | 21:36

Lotoreya təşkilatçılarından VÖEN tələb olunacaq

Lotoreyanın qeydiyyata alınması üçün lotoreya təşkilatçılarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb olunacaq.
 
Bununla bağlı "Lotereyalar haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
 
Sənəddə qeyd edilib ki, lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli orqana aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir.
 
Dəyişikliyə əsasən, lotereyanın qeydiyyata alınması üçün ərizədə lotereya təşkilatçısının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer, lotereyanın adı və forması göstərilməlidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər