“Sudan ucuz” içki setləri təhlükə saçır? - “Heç 50 qəpik də deyil...”
1561
04 Dec 2024 | 18:30

“Sudan ucuz” içki setləri təhlükə saçır? - “Heç 50 qəpik də deyil...”

Adətən, yay aylarında kafe və restoranlarda təklif edilən pivə setlərinə artıq demək olar ki, ilin istənilən vaxtı rast gəlmək olur. Tərkibində müxtəlif sayda pivə və bir çox məzələri ehtiva edən belə menyuların qiyməti isə olduqca ucuzdur. Sosial şəbəkələrdə addımbaşı insanların qarşısına çıxan belə setlərə tələb də olduqca yüksəkdir.

Bəs görəsən, aşağı qiymətə təklif olunan içkilərin insan səhhəti üçün hanısısa mənfi təsiri varmı? Mövzu ilə bağlı Yenisabah.az-a danışan spirtli içkilər üzrə ekspert, professor Vüqar Mikayılov bildirib ki, Azərbaycanda yerli istehsal spirtli içkilər olduqca keyfiyyətlidir:

“Azərbaycanda ən təmiz və keyfiyyətli məhsul məhz elə alkoqollu içkilərdir. Bizim ölkənin dünya standartlarına cavab verən yeganə məhsulu şərab, vodka, konyak və viskisidir. Ona görə də bu sadalanan məhsulların hamısını xaricə istehal edə bilir. Şərabın keyfiyyətinə görə Azərbaycan şərabı nəinki Gürcüstan, hətta Fransa şərabları ilə rəqabətə girməyə qadirdir. Set məsələsinə gəlincə, bu marketinq siyasətidir. Kafe və restoranlar daha çox pivə satmaq və müştərilərin daimi gediş-gəlişini təmin etmək üçün sərfəli qiymətə içki setləri və menyuları hazırlayır. Bu təkcə içkilərlə bağlı yox bir çox satış məhsulları və yeməklərlə bağlı da edilir”.

Vüqar Mikayılov qeyd edib ki, əslində, pivənin set formasında satışı kafe və restoranlara qazanc baxımından olduqca sərfəlidir:

“Reallığa qalsa, 1 kiloqram arpadan 5-6 litr pivə çıxır. 1 kiloqram arpa isə maksimum 1 manatdır. Belə çıxır ki, 1 litr pivənin maya dəyəri heç 50 qəpik deyil. Ən çox tələb görən içki də məhz pivədir. Bu sahədə rəqabət də çoxdur. Ona görə də, kafelər və restoranlar daha çox pivə satmaq üçün cəlbedici kampaniyalar hazırlayır. İçkinin yanında müxtəlif məzələr də qoyaraq, setin tərkibini daha da artırır. Bu o demək deyil ki, setlərdə təklif olunan içkilər keyfiyyətsizdir. Setlər sadəcə müştəri cəlb etmək üçündür. Kafe sahibi bilir ki, nə qədər çox pivə satsa o qədər çox pul qazanacaq. Pivə ucuzdur, gəliri isə çoxdur. Pivə satışı obyektlərə yüksək qazanc gətirir”.

Link kopyalandı!
Son xəbərlər