“Yeni Ailə” MMC-yə məxsus binada yanğın - ANBAAN görüntülər-VİDEO+ÖZƏL+ŞİKAYƏT
Cəmiyyət
468
02 Dec 2024 | 20:05

“Yeni Ailə” MMC-yə məxsus binada yanğın - ANBAAN görüntülər-VİDEO+ÖZƏL+ŞİKAYƏT

“Məni məcbur edirlər ki, “Yeni Ailə” MMC-nin yeni tikdiyi binaya köçüm. Bu günlərdə binada partlayış oldu. Ona görə bizi məcbur edirdilər ki, ora köçək? 15 aydır ki, kirayə pulunu da vermirlər”
 
Bunu Moderator.az -a şikayətçi Səbinə Məmmədova deyib. O daha sonra əlavə edib.
 
“28 də yerləşir bu bina. Hansı ki, kabellərdə partlayış olur. Bir nəfəri məcbur ediblər ki, köçsün. Kirayə haqqını vermədikləri üçün o köçməyə məcbur olub. Televiziyada çıxış edəndə isə deyirlər ki, camaat öz xoşu ilə köçüb, heç kim onları məcbur etməyib. Elə təhlükəli binalara camaatı köçürürlər. Bu dəqiqə orada işıq yoxdur. Suyu da kəsiblər. Çünki orada hüquqi şəxs kimi qeydiyyatdan keçiblər, fiziki şəxs kimi ödəniş olunmur. Üstəlik də işıqları kəsirlər, camaat yığıb pulunu verir. Təsəvvür edin ki, bu partlayış gecə vaxtı baş versəydi, taxtalar da hamısı alışsaydı görün nə qiyamət olardı?!” deyə şikayətçi Səbinə Məmmədova deyib.
 
Şikayətçi bildirib ki, Süleyman Rəhimov 201 ünvanındakı evi 2018-ci ilin oktyabr ayının 4-də plana düşüb. Bundan sonra “Yeni Ailə” MMC tikinti şirkəti sakinlə müqavilə bağlayaraq onları inandırıb ki, ayı 500 manat olmaqla 3 aylıq, hər 3 aydan gec olmayaraq kirayə haqqı ödəniləcək. 2 il ərzində binanın tikilib sakinlərin tam ixtiyarına veriləcəyi bildirilsə də, bina hələ də yaşayış üçün yararlı deyil. Səbinə xanım deyir ki, artıq ev yox, pulunu tələb edir. 
 
“Bizim arxa-dayağımız göydə Allah, yerdə qanunlarımızdır. Allahın imtahanından üzüağ çıxacağımıza əminik. Çünki bizim haqqımız yeyilir, tapdanır. Allah bunları götürməz. Pulumu versinlər, ev istəmirəm” deyə o ağlayırdı.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər